PSJ fransalı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

“Bavariya”nın futbolçusu Maykl Olise karyerasını ölkəsində davam
etdirə bilər.

Trend xəbər verir ki, PSJ
fransalı vingeri transfer etmək istəyir. Bu barədə “Fichajes” nəşri
məlumat yayıb.

Liqa 1 nəhəngi Oliseni gələn ilin yayında transfer etməyi
planlaşdırır. PSJ 23 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro
ödəməyə hazırdır.




“Çelsi”, “Liverpul” və “Mançester Siti” də futbolçu ilə yaxından
maraqlanır.

Qeyd edək ki, “Bavariya” Maykl Oliseni 2024-cü ilin yayında “Kristal Pelas”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm
Münhen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 8
qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.