Almaniyada klinikada yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Zaarbrüken şəhərində yerləşən klinikada yanğın baş
verib.

Trend xəbər verir
ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.




Yanğın nəticəsində azı 20 nəfər xəsarət alıb, ümumilikdə isə
binadan təxminən 100 nəfər təxliyə edilib.

Bildirilir ki, yanğın binanın birinci mərtəbəsindəki
palatalardan birində başlayıb. Hadisə yerinə 100-ə yaxın
yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşı cəlb olunub.
Yanğın söndürülüb və araşdırmalar aparılır.