Digər
- 26 sentyabr, 2025
- 17:39

III MDB Oyunlarında stolüstü tennis yarışlarında Azərbaycan millisinin yarımfinalda kı rəqibləri güclü olub.
“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə bunu kişilərdən ibarət millinin məşqçisi Ramil Cəfərov deyib.
“Həm kişilərin, həm qadınların yarışında finala vəsiqə qazanan yığmanın çalışdırıcısı bu nəticənin gözlənilən olduğunu söyləyib: “Çünki yüksək səviyyədə hazırlıq keçmişdik. İdmançılarımız doğma divarlar arasında, öz həmvətənlərinin yanında daha inamlı çıxış edirdilər. Rəqiblərimiz güclü idi. Amma sabah bizi Rusiya kimi iddialı komanda gözləyir. Bu kollektiv ilə uzun zamandır üz-üzə gəlmirik. Nəticə bizim üçün də maraqlı olacaq”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


