SOFAZ: Xarici şirkət Azərbaycana sərmayə qoyarsa, biz də onun ana müəssisəsinə investisiya edə bilərik

Baş səhifə

Tərəfdaşlıqlar sayəsində Azərbaycana bilik, texnologiya və birgə investisiyalar gətirmək mümkündür.

APA-Economics” xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktor müavini Rövşən Cavadov deyib.

“Bumeranq modeli” deyilən yanaşmamız da var. Əgər beynəlxalq şirkət Azərbaycanda sərmayə qoymaq istəsə, biz də həmin şirkətin ana müəssisəsinə xaricdə investisiya qoya bilərik. Bu, həm fondun qlobal portfelini genişləndirir, həm də həmin şirkətlərin Azərbaycanda uzunmüddətli öhdəlik götürməsinə inam yaradır.