Hacıqabulda mikroavtobus iki piyadanı vuraraq öldürüb

Cəmiyyət


Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” mikroavtobusu yolu keçən piyadaları vurub.

Onlardan biri – Muğan sakini, 1996-cı il təvəllüdlü Murad Elçin oğlu İbadov hadisə yerində keçinib, onun həmkəndlisi, 1997-ci il təvəllüdlü Kənan Azər oğlu Rzaquliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir