
Bakı. Trend:
2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim
və Tədris Mərkəzində “Zabit heyətini təkmilləşdirmə kursu”nun
növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.
Mərasimdə ordu quruculuğu sahəsində aparılan islahatlardan
danışan Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə
müavini general-mayor Arif Həsənov təcrübəli kadr potensialının
artırılmasının vacibliyini qeyd edib. Həmçinin kursu
müvəffəqiyyətlə başa vuran hərbçilərə gələcək xidmətlərində uğurlar
arzulayıb.
Dinləyicilər isə öz növbələrində kurs müddətində onlara
göstərilən yüksək diqqət və qayğıya görə Müdafiə Nazirliyinin və
Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını
bidiriblər.
Sonra “Zabit heyətini təkmilləşdirmə kursu”nu müvəffəqiyyətlə
bitirənlərə sertifikatlar, təlim və tədrisdə yüksək nəticələr əldə
edən dinləyicilərə isə fəxri fərmanlar təqdim olunub.
Sonda kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem
vurulub.

