Yasamal və Xəzər rayonlarının bu ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Təmir işləri ilə əlaqədar oktyabrın 16-da Bakının Yasamal və
Xəzər rayonlarının rayonlarının bəzi ərazilərində elektrik
enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə oktyabrın 16-da Yasamal və Xəzər rayonlarında elektrik
təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.




Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
xidməti ərazisində Transformator Məntəqəsində görüləcək təmir
işləri zamanı Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman
Nərimanov, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində
saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində
məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış
massivləri, Buzovna qəsəbəsi Abşeron küçəsinin bəzi ərazilərində
35/6 kV-luq 491 saylı yarımstansiyada həyata keçiriləcək təmir
işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişində
qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər
daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin
olunacaqlar.