
Bakı. Trend:
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin
artırılması və artan yük tələbatının qarşılanması məqsədilə
sentyabrın 9-da Yasamal rayonunda Transformator Məntəqəsində,
Mingəçevir və Yevlaxda isə bəzi hava elektrik verilişi xətlərində
təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə,
Arif Mehdiyev, Mirəli Seyidov küçələri, Yeni Yasamal-2 yaşayış
massivinin bir hissəsində elektrik enerjisinin verilişində
məhdudiyyət tətbiq olunacaq.
Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan şəhərin Babək,
Cəmil Əliyev və Naxçıvan küçələrinin bəzi ərazilərində saat
10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti
dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində
yerləşən Göyük, Hacımahmudlu, Qaramanlı, Nəmirli kəndlərini də
əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər
daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin
olunacaqlar.

