
Bakı. Trend:
Abşeron rayonunun Xırdalan şəhərində orta məktəblərdən birinin
şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.
Trend-in məlumatına
görə, hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis
əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam
etdirilir.

