
Bakı. Trend:
Azərbaycan dövləti məktəblərdə vahid formanın tətbiq ilə bağlı
qərar qəbul edib.Bu da bütün dünyanın qəbul etdiyi şərtlərdir.
Bunu vahid məktəbli geyimi ilə bağlı qərarla bağlı süni
yaradılmış ajiotaja münasibət bildirən Mətbuat Şurasının sədri
Rəşad Məcid deyib.
“Hesab edirəm ki, körpə uşaqlara hansısa dini təqlqinlər
vasitəsilə onların dünyagörüşünə təsir göstərmək çox mənfi haldır.
Azərbaycan dünyəvi dövlətdir. Burada hicaba qadağa yoxdur. Amma
dünyəvi təhsil sistemində vahid məktəbli forması vacibdir. Hamımız
birmənalı olaraq bunu qəbul etməliyik”, – deyə o əlavə edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış
yazıçı-dramaturq İlqar Fəhmi bildirib ki, vahid məktəbli forması
ilə bağlı qərarın ətrafında hay-küy qaldıranlar 10-15 faizi bu
məsələ aidiyyatı olan insanlardır.
“Qalan 90 faizin yarısı birbaşa Azərbaycanın əleyhinə
işləyənlərdir, qalanları isə Azərbaycanda yaşasalar da, tək
məqsədləri hansısa bir məqamı şişirdib, bunu hesabına sosial
şəbəkədə reytinq qazanmaqdır”, – deyə o vurğulayıb.

