Türkiyədə qanunsuz mərcə oyunlarına qarşı əməliyyat – 100-dən çox saxlanılan var

Baş səhifə

Bakı.Trend:

Türkiyənin mərkəzi Eskişəhir olmaqla 33 vilayətdə qanunsuz mərc
və qumar fəaliyyətinə qarşı əməliyyat keçirilib.

“Haber7” telekanalının məlumatına görə, əməliyyatlar Eskişehir
Respublika Baş Prokurorluğunun koordinasiyası, Baş Polis İdarəsinin
Kibercinayətkarlıqla Mübarizə İdarəsinin dəstəyi ilə həyata
keçirilib.




Əməliyyatlar nəticəsində 119 şübhəlinin saxlanılmasına yönəlmiş
tədbirlər görülüb. Araşdırmalar zamanı şübhəlilərin mütəşəkkil
şəkildə onlayn qanunsuz mərc və qumar saytlarının fəaliyyətinə
şərait yaratdıqları, üçüncü şəxslərdən bank hesabları və GSM
xətləri topladıqları, həmçinin pul köçürmələrinə vasitəçilik
etdikləri müəyyənləşdirilib.

Türkiyə Daxili İşlər Nazirliyi qanunsuz fəaliyyət göstərən
cinayət şəbəkələrinə qarşı mübarizənin qətiyyətlə davam
etdiriləcəyini bildirib.