Türkiyədə avtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Türkiyədə sərnişin avtobusunun yük maşını ilə toqquşması
nəticəsində azı 11 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Bu barədə hadisənin baş verdiyi Manisa vilayətinin
qubernatorluğunun mətbuat xidməti məlumat yayıb.

“Qəza nəticəsində 11 nəfər ölüb, 27 nəfər müxtəlif dərəcəli
xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb”,
– deyə Manisa vilayətinin hakimiyyət orqanlarından bildirilib. Qeyd
olunub ki, avtobusda Türkiyə vətəndaşları olub.




Qəza yerli vaxtla saat 11:11-də Akhisar şəhəri yaxınlığında
avtomobil yolunun çıxışında baş verib. Manisa vilayətinin
administrasiyasının məlumatına görə, avtobus Bursa şəhərindən Egey
dənizi sahilində yerləşən İzmir şəhərinə gedirmiş.

NTV telekanalı daha əvvəl 26 nəfərin xəsarət aldığını bildirib.
Telekanalın məlumatına görə, yük maşını ilə toqquşma nəticəsində
avtobus aşıb. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım
briqadaları göndərilib.