
Bakı.Trend:
Məkkə Alyansı yalnız müdafiə xarakteri daşıyır və Ankara bu
çərçivədə hücum əməliyyatlarında iştirak etmək üçün başqa ölkəyə
qoşun göndərməyəcək.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada
macarıstanlı həmkarı Anita Orbanla birgə keçirdiyi mətbuat
konfransında bildirib.
“Mən açıq şəkildə bildirirəm ki, bu saziş yalnız müdafiə ilə
bağlıdır. Sazişin iştirakçısı olan ölkəyə hücum edildikdə, siz onun
tərəfində dayanmalı və onu müdafiə etməlisiniz. Bu, hücum haqqında
saziş deyil. Türkiyə hücum həyata keçirmək üçün başqa ölkənin
ərazisinə qoşun göndərməyəcək”, – deyə o bildirib.
O əlavə edib ki, Məkkə Sazişi çərçivəsində əməkdaşlıq “inkişaf
edir” və hərbi nümayəndə heyətləri birgə fəaliyyət göstərərək
əməliyyat zonasında (Səudiyyə Ərəbistanına) hansı müdafiə
tədbirlərinin lazım olduğunu, Pakistanın və Türkiyənin hansı
töhfəni verə biləcəyini müəyyənləşdirəcəklər.

