Tramp Rusiyanın əsas enerji resursları alıcılarına qarşı 100 faizlik rüsumlardan imtina edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyasına qarşı
sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunda qeyd olunan,
Rusiyanın əsas enerji resursları alıcılarına qarşı 100 faizlik
gömrük rüsumlarının tətbiqindən imtina edib.

Ağ Evin saytında dərc olunan sərəncamda deyilir: “Qremin
qanununun 115(a), 113-cü maddədə nəzərdə tutulan rüsumları tətbiq
etməkdən imtina edirəm”.




Qeyd edək ki, Qanunun 113-cü maddəsi Rusiyadan neft və qaz idxal
edən beş ən böyük ölkəyə qarşı 100 faizə qədər gömrük rüsumlarının
tətbiqini nəzərdə tutur.