
Bakı.Trend:
Suriyanın şimal-şərqində, Əl-Həsəkə əyalətində Suriya Neft
Şirkətinə (SPC) məxsus “Əl-Cəbsə” ixrac qaz kəmərində güclü
partlayış baş verib.
Dövlətə məxsus SANA agentliyinin məlumatına görə, magistral qaz
kəməri qəsdən sabotaja məruz qalıb. Nəticədə güclü yanğın baş
verərək boru kəmərinin zədələnmiş hissəsini əhatə edib.
Agentliyin bildirdiyinə görə, “Əl-Cəbsə” qaz kəmərində baş verən
insident son 24 saat ərzində ölkənin enerji infrastrukturuna
endirilən ikinci zərbə olub. Bundan bir neçə saat əvvəl sahilyanı
Banyas şəhərindən Homs şəhərinə neft məhsullarının nəqli xəttində
sızma və zədələnmə qeydə alınıb.
Suriyanın aidiyyəti qurumları qəza baş verən istiqamətdə
xammalın nəqlini operativ şəkildə dayandırıb, yanğınsöndürmə
briqadaları və texniki qruplar isə yanğının lokallaşdırılmasına və
zərərin miqyasının qiymətləndirilməsinə başlayıblar.

