Səbail rayonunda su təchizatı bərpa edilib

Baş səhifə

Bakı. Trend:

Səbail rayonunun bəzi ərazilərində su təchizatında yaranan
müvəqqəti fasilə aradan qaldırılıb.

Bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb.




Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri
ilə əlaqədar oktyabrın 12-də gecə saatlarında su təminatında
yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.

Hazırda abonentlərin su təminatı əvvəlki rejimdə həyata
keçirilir.