
Bakı. Trend:
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə
alınıb.
Bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Max”
platformasında məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanlar oktyabrın 10-da
Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi
yaxınlığında baş verib.
İlya Seredyuk bildirib ki, hadisə nəticəsində xəsarət alan
olmayıb, dağıntı qeydə alınmayıb.

