RİNN-də Dünya Bankı Qrupunun nümayəndəsi ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov
Dünya Bankı Qrupunun Azərbaycan üzrə ölkə meneceri Saşa Bakes ilə
görüşüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN)
məlumat verilib.




Bildirilib ki, görüşdə “Azərbaycan Respublikasında rəqəmsal
inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün
Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş prioritet
istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər, həmçinin rəqəmsal transformasiya, süni intellekt
əsaslı infrastrukturun inkişafı, məlumat mərkəzləri və “Hökumət
buludu”, kibertəhlükəsizlik üzrə mütəxəssislərin, eləcə də rəqəmsal
bacarıqlara malik kadrların hazırlanması sahələrində Dünya Bankının
mümkün dəstəyi barədə fikir mübadiləsi aparıblar.