NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üzrə təlimlər elan olunub

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Şimali Atlantika
Alyansı (NATO) ölkələrinin 1,5 mindən az hərbçisinin noyabr ayında
Polşada mümkün atəşkəsdən sonra Avropa qüvvələrinin Ukraynada
yerləşdirilməsi ssenarisini məşq edəcəkləri barədə məlumatı
təsdiqləyib.

Bu barədə “Independent” nəşri məlumat yayıb.




Stritinq qeyd edib ki, Britaniya hərbçiləri “genişmiqyaslı
təlimlərdə” iştirak edəcək və Fransa ilə Almaniya hərbçilərinə
qoşulacaqlar. Təlimlərin məqsədi Rusiya ilə münaqişə başa çatdıqdan
sonra NATO qüvvələrinin Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə
hazırlığını yoxlamaqdır.

“Gələn ay minlərlə hərbçi Polşada keçiriləcək genişmiqyaslı
təlimlərdə iştirak edəcək. Məqsədimiz Ukraynaya lazım olacaq hərbi
hazırlığın və müharibədən sonrakı bərpa prosesinin dəstəklənməsinə
hazır olub-olmadığımızı yoxlamaqdır”, – deyə o bildirib.