Maduronın həyat yoldaşı həbsxanada ürəktutması keçirib

Baş səhifə

Bakı.Trend:

ABŞ tərəfindən ələ keçirilən Venesuela Prezidenti
Nikolas Maduronun həyat yoldaşı Siliya Flores Amerika həbsxanasında
ürək tutması keçirib.

Bu barədə “Associated Press” (AP) Floresin
vəkillərinə istinadən məlumat yayıb.

69 yaşlı Floresin nümayəndələri bildiriblər ki,
təqsirləndirilən şəxs iyul ayında ürək tutması keçirib. Onların
sözlərinə görə, Floresin həbsxana şəraitində müalicəsi mümkün
olmayan ürək problemləri var. Flores həbsdə olduğu müddətdə 11
kiloqram çəki itirib.




Vəkillər əlavə ediblər ki, onlar təqsirləndirilən
şəxsin ev dustaqlığına keçirilməsinə nail olmağa çalışacaqlar.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesueladakı
mülki və hərbi obyektlərə zərbələr endirib, xüsusitəyinatlılar
Maduronu həyat yoldaşı ilə birlikdə ələ keçirərək ölkədən çıxarıb.
Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal
məhkəmə qarşısına çıxarılıblar. Onlara narko-ticarətdə iştirak
etmək ittihamı irəli sürülüb. Maduro və Flores təqsirlərini etiraf
etməyiblər.

Venesuelada dövlət başçısının səlahiyyətlərini
Maduronun prezidentliyi dövründə respublikanın icraçı
vitse-prezidenti vəzifəsini tutmuş səlahiyyətli prezident Delsi
Rodriqes həyata keçirir.