Bakı. Trend:
Kuba bir daha heç bir imperiyanın müstəmləkəsi olmayacağını qəti
şəkildə bilir. Bunu Karib ölkəsinin Prezidenti Migel Dias-Kanel
bildirib.
“İki imperiyanın müstəmləkəsi və neomüstəmləkəsi olmağın nə
demək olduğunu yaxşı bilən Kuba əmindir ki, bir daha onların heç
birinin müstəmləkəsi olmayacaq”, – o, X sosial şəbəkəsində yazıb.
“Müstəqillik, suverenlik və öz müqəddəratını təyinetmə hüququ
uğrunda tökülən qanlar əbəs yerə axmayıb və biz sona qədər özümüzü
müdafiə edəcəyik”, – Dias-Kanel əlavə edib.
ABŞ Prezidenti Donald Tramp sentyabrın 7-də “Truth Social”
sosial şəbəkəsində Kanada, Meksika və Mərkəzi Amerika və Karib
hövzəsinin bir sıra ölkələrinin, o cümlədən Kubanın, eləcə də
Qrenlandiyanın ABŞ bayrağının rənglərinə boyandığı xəritə dərc
edib. Tramp bu görüntünü heç bir şərhlə müşayiət etməyib.
ABŞ lideri daha əvvəl, xüsusilə Kanada və Danimarkanın muxtar
ərazisi olan Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması ehtimalı
barədə dəfələrlə danışıb.
Bundan əlavə, Tramp sosial şəbəkədə ABŞ-ın bir neçə xəritəsini
dərc edib və həmin xəritələrdə ABŞ-ın Nyu-Meksiko ştatının adı
“Nyu-Amerika” olaraq dəyişdirilib. ABŞ Prezidenti sentyabrın 6-da
belə bir ad dəyişikliyini dəstəklədiyini bildirib.

