Keti Zəkəriya Ağ Evin mətbuat katibi vəzifəsindən cəmi bir həftə sonra ayrılır

Baş səhifə

Bakı. Trend:

Keti Zakariya Ağ Evin mətbuat katibi vəzifəsini cəmi bir həftə
çalışdıqdan sonra tərk edəcək.

Bu barədə ABŞ mediası mənbələrə istinadən məlumat verib.




“The New York Times” qəzeti onun vəzifəsindən azad edildiyini
iddia edir. Nəşrdə deyilir: “Vəziyyətlə tanış olan üç nəfərin
sözlərinə görə, Prezident Donald Trampın yeni mətbuat katibi Keti
Zakariya cümə günü vəzifəsindən azad edilib”.

“Fox News” telekanalı da Zakariyanın vəzifəsini tərk etdiyini
bildirir, lakin onun məhz işdən çıxarıldığını qeyd etmir.
Telekanalın məlumatına görə, o, mətbuat katibi vəzifəsini “tədricən
tərk edir”.