İstanbulda güclü yağış və fırtına gözlənilir

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti ilə
əlaqədar narıncı xəbərdarlıq verilib.

Meteorologiya Baş İdarəsinin məlumatına görə, bu gün şəhər
ərazisində şimşək çaxması ilə müşayiət olunan güclü leysan
yağışları gözlənilir.

Bundan əlavə, şimal və şimal-şərq istiqamətlərindən əsən küləyin
sürətinin saatda 50-70 kilometrə çatacağı, bəzi vaxtlarda isə
fırtına xarakteri alacağı bildirilir.




Güclü külək səbəbindən İstanbul boğazı və adalar istiqamətində
dəniz nəqliyyatında fasilələrin yaranması, dam örtüklərinin uçması,
ağacların və dirəklərin aşması ehtimalı var.

Şəhərdə havanın temperaturunun 11-15 dərəcə arasında dəyişəcəyi
gözlənilir.

Sakinlərə qəfil sel, su basması, ildırım, dolu və nəqliyyatda
yarana biləcək problemlərə qarşı ehtiyatlı olmaq tövsiyə
edilib.