
Bakı. Trend:
İranın Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin hər biri ilə
müxtəlif sahələrdə ayrı-ayrılıqda çox yaxşı münasibətləri var.
İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran
Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (12
oktyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran Türkmənistanda keçirilən MDB+ iclası ilə bu ölkələrlə
əlaqələri daha da gücləndirmək istəyir.
Belə tədbirlərin keçirilməsi ölkələr arasında əlaqələrin
möhkəmlənməsi ilə nəticələnə bilər. Bu da MDB ölkələri ilə İran
arasında əlaqələrin möhkəmlənməsi istiqamətində addımın atılmasına
səylərin göstərildiyini əks etdirir”, -deyə o qeyd edib.
Bəqai deyib ki, Türkmənistanda keçirilən MDB+ iclasında İran
prezidenti Məsud Pezeşkian xüsusi qonaq olaraq ilk dəfə iştirak
edib.
Qeyd edək ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı
şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.

