İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

İran hakimiyyəti ABŞ-ın iqtisadi təzyiqlərinə tab gətirmək üçün
bir sıra tədbirlər görüb.

Bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində
yazıb.




“Hökumət bu xüsusi vəziyyətə cavab vermək üçün yeni addımlar
atıb. Son aylarda düşmənlərimiz ölkəmizin əsas damarlarını kəsməyə
çalışıblar”, – deyə o, X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İrana qarşı iqtisadi təzyiq həqiqətən də
güclənib. “Lakin biz (…) düşmənin iqtisadi müharibəsinin
məqsədlərinə çatmasına imkan verməmişik”, – deyə Pezeşkian əlavə
edib.