İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə
alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən
Labuan-Baco şəhərindən 161 kilometr cənub-qərbdə yerləşib.
Təkanların ocağı 46 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami
təhlükəsi elan edilməyib.