Putin İlham Əliyevlə görüşdən əvvəl Şoyqu ilə danışıb

17:25 26-11-2021 9

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl hökumət üzvləri ilə danışıb. Bu barədə o, Azərbaycanın dövlət başçısı ilə görüşündə deyib.

Onun sözlərinə görə, müzakirələrdən əvvəl Rusiya Baş nazirinin iqtisadi problemlər və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı məsələlərlə məşğul olan müavini ilə söhbət edib.

“Həmçinin müdafiə naziri (Sergey Şoyqu – red.) ilə və sərhəd xidmətlərinin tabeliyində olan, nizamlanmaya mühüm töhfə verən FТB direktoru (Aleksandr Bortnikov – red.) ilə danışdım”, - deyə RF dövlət başçısı bildirib.

Mənbə: RİA Novosti