Tələbələrin kredit alması üçün müraciət forması sadələşdiriləcək

17:10 26-11-2021 11

“Yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət forması sadələşdiriləcək. Hətta ola bilsin, bu məsələ günün sonuna qədər reallaşdırılsın”.

milletinsesi.info xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, notarial qaydada təsdiq edilən ərizənin nömrəsi və həmin şəxsin FİN kodunu sistemə daxil edərək onların da bu xidmətdən istifadə imkanları təmin ediləcək.