İlham Əliyev: “Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insident baş verməyib”

16:50 26-11-2021 9

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli danışıqların Qarabağda tənzimlənməyə şərait yaratmaq, insanların sülh şəraitində yaşamaları üçün lazım olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə Putin qeyd edib ki, Qarabağdakı vəziyyətin nizamlanması üçün bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur.

“Burada bizim sülhməramlılarımız da müsbət rol oynayır, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyət göstərir. Təəssüf ki, problemlər və insidentlər var. Hələ də itkilər var. Biz elə bunun üçün toplaşmışıq. Görək nə edilib, nə etmək lazımdır, hər kəs nə etməlidir ki, nəinki belə bir şey yaşansın, əksinə, vəziyyəti sakitləşdirmək və bölgədə vəziyyəti elə keyfiyyətdə inkişaf etdirmək üçün şərait yaradılsın ki, insanların sülh şəraitində yaşamasına və ölkələrin inkişaf etməsinə imkan yaransın”, - deyə Putin bildirib.

“İl ərzində Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insidentlər baş verməyib. Silahlı toqquşmalar, hansısa ciddi insident baş verməyib. Ara-sıra hadisələr olub ki, bu da bir növ sistem böhranı olub. Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub, lakin bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bütün bunlar bizi üçtərəfli format da daxil olmaqla hadisələri diqqətlə nəzərdən keçirməyə və riskləri necə idarə etmək və minimuma endirmək barədə danışmağa məcbur edir. Biz sizin, Rusiya Federasiyasının ali nümayəndələrinin və təbii ki, Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Gələn il bu işdə yaxşı nəticələrə ümid edirik”, - deyə İ.Əliyev qeyd edib.

Mənbə: RİA Novosti