Putin: “Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir”

16:20 26-11-2021 10

“Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.

O qeyd edib ki, 2021-ci ilin ilk doqquz ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11 % artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.