Zelenski: “Ukraynada dövlət çevrilişinə hazırlaşıblar”

16:10 26-11-2021 11

“Ukraynada 1-2 dekabrda dövlət çevrilişi planlaşdırılıb”.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna prezidentinə 30 sual” mətbuat marafonunda çıxışı zamanı bildirib.

“Bizdə təkcə kəşfiyyat məlumatı yox, həm də audiofakt var. Hansı ki, orada Rinat Axmetovun rəhbərliyində Ukraynadan və Rusiyadan olan nümayəndələr burada milyardlarla dolların ayrılacağı dövlət çevrilişini və sairəni müzakirə edirdilər. Hesab edirəm ki, bu, iş adamı Rinat Axmetovun qurmasıdır. Hesab edirəm ki, bu, əməliyyatdır. Onu Ukrayna dövlətinə qarşı müharibəyə sürükləyirlər”, - deyə Zelenski vurğulayıb.

Mənbə: UNİAN