Azərbaycanda parkdan oturacaq oğurlayan şəxslər SAXLANILDI

16:00 26-11-2021 10

Gəncədə parkdan oturacaq oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 22-də şəhərin Gülüstan qəsəbəsində yerləşən parkdan 400 manat dəyərində bir ədəd oturacaq oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.Mustafayev və X.Əliyev saxlanılıblar.