Bakıda uzaq məsafədən fərqlənmiş sabiq “Barselona”lının qolu həftənin ən yaxşısı seçilə bilər - VİDEO

14:45 26-11-2021 11

Avropa Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

milletinsesi.info xəbər verir ki, Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə edən Kiprin “Omoniya” klubunun kapitanı Xordi Qomesin qolu da namizədlər siyahısında göstərilib.

“Barselona”nın sabiq 36 yaşlı yarımmüdafiəçisi 90-cı dəqiqədə meydanın mərkəzini tam keçməmiş uzaq məsafədən baxımlı qola imza atıb.

İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Xorvat (“Mura”, Sloveniya), Lazaros Xristodulopulos (“Anortosis”, Kipr) və Edon Jeqrovadır (“Bazel”, İsveçrə).

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədən sonra bəlli olacaq.