Afaq ilə “Fəlakət”in arasında mübahisə düşdü - VİDEO

14:15 26-11-2021 14

Aparıcı Afaq Gəncəli aktyor Elşən Orucova müəllimlik etdiyini açıqlayıb.

O, bu sözləri Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişində deyib.

“Dostu İlkin Həsəni əsgərliyə getmişdi. Məcburiyyət qarşısında onu maqazin verilişinə aparıcı etdik. Aparıcı kimi onu istəmirdilər, məcbur “Elişqo”nu efirə çıxardıq. Səhnə mədəniyyəti yox idi, aparıcılıq dərsi keçməyib. Afaq öyrətdi”,- deyə aparıcı bildirib.

Elşən isə “Səhnə mədəniyyəti yoxdur”, elə bil çox oldu. Dörd il universitet oxumuşam, müəllimlərim baxır” deyərək, etiraz edib.

“Nankor olma. Müəllimin olmamışam?” deyərək, xanım aparıcı ona sual ünvanlayıb.

Elşən isə “Müəllimlərim baxır. Səhnə danışığını mənə müəllim Azad Şükürov öyrədib. Mənə maqazin verilişində qalmaqal öyrətmisiniz. “Nankor şagird” olar. Amma səhnə mədəniyyəti yox, xahiş edirəm”, - deyə aktyor sərt reaksiya verib.