“Azəriqaz”dan sayğaclarla bağlı YENİLİK - AÇIQLAMA

13:40 26-11-2021 12

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 2022-ci ildən etibarən tətbiq edilən sayğaclar onlayn yükləmələri dəstəkləyəcək”.

milletinsesi.info-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, bununla da abonentlər kart hesablarını onlayn qaydada artıra biləcəklər:

“İstehsalatda olan smart kart tipli sayğaclara balans yükləmək üçün “card reader”dən istifadə etmək mümkün olacaq. Abonentlər bunu “ASAN” Xidmət mərkəzlərindən və digər yerlərdən əldə edərək onun proqram təminatını həyata keçirə bilərlər. “Card reader” əldə edən abonent onun proqram təminatını həyata keçirmək üçün müvafiq tətbiqi telefona və masaüstü cihaza yükləyə, bununla da həm özlərinin, həm də yaxınlarının kartlarının yüklənməsini həyata keçirə bilərlər”.

Nigar Məmmədova