Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub

13:20 26-11-2021 9

Bakıda mağazadan oğurluq olub.

milletinsesi.info-ın məlumatına görə Suraxanı rayonu, Bülbülə qəsəbəsində marketlərdən birinin qapısı sındırılmaqla “E-manat” ödəmə terminalı oğurlanıb.

Terminal bir qədər aralıda sındırılıb.

İçərisində olan 3 450 manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.