“Omoniya”nın futbolçusu kobudluq etdiyi “Qarabağ”lıdan üzr istəyib - FOTO

12:35 26-11-2021 12

Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş matçdan sonra bir-biri ilə münaqişə yaşamış “Qarabağ” və Kiprin “Omoniya” klubunun futbolçuları barışıb.

milletinsesi.info-ın xəbərinə görə, “Omoniya”nın hücumçusu Mixal Dyuriş “Qarabağ”ın cinah müdafiəçisi Abbas Hüseynova qarşı kobud oynayıb. Nəticədə slovakiyalı futbolçu 32-ci dəqiqədə sarı vərəqə alıb.

Lakin oyundan sonra Dyuriş “Qarabağ”ın paltardəyişmə otağının qarşısında 15 dəqiqə gözləyərək Abbas Hüseynovun çıxmasını gözləyib. Abbas gəldikdən sonra hər iki futbolçu görüşüb və üzrxahlıq jesti olaraq formalarını bir-birlərinə bağışlayıblar. Onlar bu hərəkətləri ilə münaqişə və mübahisənin meydanda qaldığını nümayiş etdiriblər.

Qeyd edək ki, bu matç sülhlə – 2:2 hesabı ilə başa çatıb. Oyunda hesabı məhz Mixal Dyuriş açıb. O, 43-cü dəqiqədə penaltidən fərqlənib.

Səbuhi Musayev