Teymur Rəcəbov Macarıstanda ayaqlarını itirə bilərmiş - FOTO

11:55 26-11-2021 13

Azərbaycan şahmat millisinin üzvü, beynəlxalq qrossmeyster Teymur Rəcəbov ayaqlarını itirə bilərmiş.

milletinsesi.info xəbər verir ki, qrossmeyster “Instagram” hesabında əlil arabası və çəliklərlə gəzdiyi fotolarını paylaşıb.

O qeyd edib ki, bu ay Sloveniyada keçirilmiş komandalararası Avropa çempionatından əvvəl az qala ayaqlarından olacaqmış:

“Avropa çempionatının başlamasına bir neçə həftə qalmış iki ayağım var idi. Macarıstan hökuməti və tibbi heyətinə təşəkkür ki, hələ də ikiayaqlıyam”.

Qeyd edək ki, dünən məlum olub ki, Teymur Rəcəbov Rusiya Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. Şahmatçının özü də bu barədə post paylaşıb. O, hazırda nişanlısı ilə Dubayda şahmat tacı uğrunda Maqnus Karlsen – Yan Nepomnyaşi görüşünü izləyir.

Səbuhi Musayev