Əli Əsədov Mixail Mişustinə başsağlığı verdi

11:35 26-11-2021 7

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.