Elman Rüstəmov federasiyada vəzifəsini qoruya biləcəkmi?

10:55 26-11-2021 12

Bu gün Gənclər və İdman Nazirliyində daha bir federasiyaya prezident seçkiləri keçiriləcək.

milletinsesi.info-ın xəbərinə görə, bu gün saat 11:00-da Azərbaycan Şahmat Federasiyasına prezident seçiləcək.

Bu tədbirdə həm də qurumun vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvləri bilinəcək.

Qeyd edək ki, Şahmat Federasiyasının indiki prezidenti Mərkəzi Bankın sədri Elman Rüstəmovdur. O, 2007-ci ildən bu federasiyaya rəhbərlik edir.

Səbuhi Musayev