Ərəb general “İnterpol”un yeni rəhbəri oldu - FOTO

07:45 26-11-2021 13

BƏƏ-dən olan general Əhməd Nasir əl-Rəisi “İnterpol”un prezidenti seçilib.

Bu barədə təşkilatdan məlumat verilib.

“Birləşmiş Ərəb Əmirliklərindən olan cənab Əhməd Nasir ər-Rəisi (dörd il müddətinə) prezident seçilib”, - deyə “İnterpol”un “Twitter” hesabında bildirilib.

Qeyd edək ki, ondan əvvəl “İnterpol”un prezidenti Cənubi Koreyadan olan Kim Çjon Yan olub.