ÜST COVID-19 ən çox yayanları açıqladı

06:15 26-11-2021 13

Peyvənd olunmayan insanlar COVID-19-un yayılmasının əsas səbəbidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosundan bildirilib.

“Biz vaksinasiya hüququna sahib hər kəsi tam vaksinasiya kursundan keçməyə çağırırıq. Bu xüsusən 60 yaşdan yuxarı, həmçinin zəif immunitetə sahib prioritet qruplar üçün vacibdir”, - qurumdan bildirilib.

Mənbə: RİA Novosti