Rumıniyada yeni hökumət quruldu

00:30 26-11-2021 9

Rumıniyada yeni hökumət qurulub.

Prezident Klaus İohannesin imzasının ardından gələcək kabinet üzvlərinin siyahısı ölkə parlamentində də təsdiqlənib.

Yeni kabinet Sosial Demokrat, Milli Liberal və Demokratik Macar Birliyi partiyalarının koalisiyası əsasında formalaşıb.

Hökumətə vaxtilə silahlı qüvvələrin baş qərargah rəisi və müdafiə naziri vəzifələrində çalışmış Nikolae Çuka rəhbərlik edir.

Qeyd edək ki, öncəki hökumət hələ oktyabrın 5-də parlamentin etimadsızlıq göstərməsinin ardından fəaliyyətini dayandırmışdı.

Mənbə: TRT