UEFA Konfrans Liqası: Dörd komanda 1/8 finala vəsiqəni təmin edib

00:05 26-11-2021 10

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” – “Omoniya” matçı ilə yanaşı daha 7 oyun keçirilib.

Belçikanın “Gent” klubunun ardından daha 3 komandanın 1/8 finala çıxması dəqiqləşib.

Beləliklə də, F qrupunda Danimarka “Kopenhagen”i, E qrupunda Niderland “Feyenoord”u və G qrupunda isə Fransa “Renn”i sona 1 tur qalmış qalmış növbəti mərhələyə vəsiqəni təmin edib.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

A qrupu

HİK (Finlandiya) - "Alaşkert" (Ermənistan) - 1:0

"Makkabi" (Təl-Əviv, İsrail) - LASK (Avstriya)

E qrupu

"Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 2:2

"Makkabi" (Hayfa, İsrail) - "Union Berlin" (Almaniya) - 0:1

F qrupu

"Linkoln" (Cəbəllütariq) - "Kopenhagen" (Danimarka) - 0:4

"Slovan" (Bratislava, Slovakiya) - PAOK (Yunanıstan) - 0:0

G qrupu

"Mura" (Sloveniya) - "Tottenhem" (İngiltərə) - 2:1

"Renn" (Fransa) - "Vitess" (Niderland) - 3:3

H qrupu

"Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) - 2:3

"Qarabağ" (Azərbaycan) - "Omoniya" (Kipr) - 2:2