Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb

22:05 25-11-2021 12

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov işdən azad olunub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi əvəz edən R.Əzizov vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edilir ki, R.Əzizovun tutduğu vəzifədən azad edilməsinə səbəb son günlər sosial şəbəkələrdə marketlərin birindən oğurluqda şübhəli bilinməsi ilə bağlı yayılan videogörüntülər ola bilər.

Xatırladaq ki, o, 2003-cü ildən xəstəxananın polikilinika şöbəsinin müdiri olub. Bu ilin fevralında korrupsiya cinayətinə görə həbs edilən Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu müvəqqəti əvəz edib.