Bakıda arvadını beş yaşlı övladının gözü qarşısında bıçaqlayan şəxsə hökm oxundu

18:10 25-11-2021 11

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H.Məmmədov arvadına qısqanclıq zəminində beş yaşlı övladının gözü qarşısında bıçaqla zərbələr vurub.

Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. H.Məmmədov tutularaq istintaqa təhvil verilib.