DİN rəsmisi: “Məktəblilərin narkotik vasitələrdən istifadəsinin başlıca səbəbi sosial şəbəkələrdir”

16:40 25-11-2021 10

“Azərbaycanda narkomaniyaya cəlb olunan və buna təhrik edilən azyaşlıların sayı ilə bağlı rəqəmlər çox da qorxulu deyil”. 

milletinsesi.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova jurnalistlərə açıqlamasında deyib.

DİN rəsmisi bunu Azərbaycan xalqının milli dəyərlərdən çıxış etməsi ilə əlaqələndirib: “Çünki ölkədə uşaqların gələcəyini qorumaq üçün ciddi səylə çalışılır”.

Məktəblilərin daha çox kimlər tərəfindən zərərli vərdişlərə təhrik olunması məsələsinə gəldikdə burada bir çox amillər var. Başlıca səbəblərdən biri sosial şəbəkələrdir. Son zamanlar sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı hallarına rast gəlinir. İşbazların azyaşlıları bu işə sövq etməsi daxili işlər orqanlarını narahat edir. Aidiyyəti dövlət orqanları bununla bağlı ciddi mübarizə aparır”.

K.Ələkbərova əlavə edib ki, məktəblilərin zərərli vərdişlərdən istifadə daha çox 14 yaşdan başlayaraq müşahidə olunur.

Könül Cəfərli