Bakı məktəblərində psixoloq ştatı artırıla bilər - RƏSMİ

16:20 25-11-2021 11

“Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq”.

milletinsesi.info xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. 

M.Vəliyeva bildirib ki, bu sahədə boşluqlar var:

“Hazırda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır. Mütəmadi olaraq bu istiqamətdə maarifləndirici konfrans və seminarlar təşkil olunur. Çünki risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər var”.

Könül Cəfərli