Bakı metrosunda qatar tuneldə dayandırılıb

11:20 25-11-2021 9

Səhər saatlarında metronun “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, buna səbəb qapılardan birinə müdaxilə edilməsi olub.

“Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal baş verə bilər. Məsələ araşdırılır. Dayanma sadəcə 40-45 saniyə çəkib. “Bakı Metropoliteni”nin təlimatında göstərilib ki, bir dəqiqəyə qədər yubanma olarsa, bu yubanma sayılmır. Yəni, onu kompensasiya etmək mümkündür”, - deyə qurum rəsmisi bildirib.