Konfrans Liqası: “Qarabağ” qrup birinciliyini qorumaq üçün Kipr komandasına qarşı

11:05 25-11-2021 12

Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.

milletinsesi.info-ın xəbərinə görə, H qrupunda “Qarabağ” Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda rəqibin heç bir iddiası olmasa da, Ağdam komandasının qrup birinciliyi baxımından qələbə qazanması lazım gələcək. Ötən tur növbəti mərhələyə vəsiqəni öncədən təmin etmiş Ağdam komandası Kiprdə keçirilmiş ilk matçda bu rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Bu matçda Azərbaycan Premyer Liqasının hazırkı lideri “Qarabağ”da Bədəvi Hüseynov və Xayme Romero, “Omoniya”da İoannis Kusulos zədə səbəbindən oynaya bilməyəcək.

Avropa Konfrans Liqası

25 noyabr

H qrupu

21:45 “Qarabağ” – “Omoniya” (Kipr) 4:1

1. “Qarabağ” – 10

2. “Bazel” – 8

3. “Omoniya” – 2

4. “Kayrat” – 1

Qeyd edək ki, bu qrupda Bakı vaxtı ilə saat 19:30-da Qazaxıstanın Almatı şəhərində qrup birinciliyinə iddialı olan İsveçrənin “Bazel” klubu “Kayrat”ın qonağı olacaq.

Səbuhi Musayev